Məhbus fəalların müalicəsinə icazə verilmədi
13.10.2025

Tehranın Evin həbsxanasında saxlanılan milli fəallar Vədud Əsədi və Mürtəza Pərvinin xəsətxanaya köçürülmələrinə icazə verilməyib.

Bununla bağlı Vədud Əsədi həbxabadan yaydığı məlumatda bildirib.

"Bundan əvvəl xəstəxanaya həbsxana geyimində getməyəcəyimiz barədə bildirməyimizə baxmayaraq, həbsxana rəhbərliyi bunun məcburi olduğunu deyərək, mülki formada müayinə və müalicəyə aparıılmağımıza icazə vermədi",- milli fəal deyib.

O, müayinə və müalicə ilə bağlı 6 ay bundan əvvəl yazılı müraciət etdiklərinə diqqət çəkib, həbsxana rəhbərliyinin onları tibbi xidmət hüququndan məhrum etməsini əlavə təzyiq adlandırıb.

Qeyd edək ki, Vədud Əsədi "milli təhlükəsizliyi pozmaq üçün əlbir olmaq”, Mürtəza Pərvin isə "toplaşmaq və əlbir olmaq" həmçinin "hökumətə qarşı təbliğat" ittihamlarına görə həbs ediliblər.

visiontv.az