Bu plana görə Starship 2026-da artıq ilk uçuşuna cəhd edəcək.
2026 - Marsa 5 eniş
– Starship kosmik gəmisinin Marsa ilk enişi;
– Faydalı yük olaraq Marsda infrastrukturu hazırlayacaq robotlar olacaqlar.
2028–2029 - Marsa 20 eniş
– Eniş meydançalarının hazırlanması;
– Avadanlıqların Marsa çatdırılması;
– İlk insanların Marsa yerləşdirilməsi üçün hazırlıq işləri.
2030–2031 - Marsa 100 eniş
– Marsda ilk astronavtlar;
– Yaşayış yerləri və yolların tikintisinə başlamaq;
– Lokal istehsalın işə salınması.
2033 - 500 eniş
– Yer kürəsindən maksimum avtonomluq;
– Marsdakı mədənlərin istismarı və emalı;
– Marsın öz qlobal rabitə və kommunikasiyalarını işə salmaq.
GECİKMƏ
Mask əgər Trampın dalına düşməsəydi daha gerçəkçi hədəflər qoyar və daha effektiv addımlar atardı.
“Tesla”dakı satış göstəricilərinin pisləşməsi və onun Avropada satış üzrə ikinciyə yerə düşərək yerini çinlilərə verməsi;
“SpaceX” Starship sınaqlarındakı son uğursuzluqları və Mars təqviminə korreksiya edilməsi;
Arxasınca da “Neuralink”ə dəyən zərbə…
Çin bu yaxında İlon Maskdan daha yaxşı beyin implantı təqdim etdi. Alimlər bütün əzalarını itirmiş 36 yaşlı xəstəyə Maskın “Neuralink” çipinə bənzər sinir implantı implantasiya etdi.
Çinlilərin implantı Maskın implantından müqayisə olunmaz dərəcədə üstündür…
Bu “təmsildən” çıxan dərs çox sadədir:
“Hər kəs bildiyi işlə məşğul olmalıdır”…
İbrahim Nəbioğlu
visiontv.az