Ukraynanın Lvov şəhəri Rusiyanın davam edən işğalçı müharibəsi fonunda yeni reallıqla üz-üzə qalıb. Artıq şəhərdə müharibədə ölən hərbçiləri dəfn etmək üçün yer qalmayıb.
2022-ci ildən bu yana ilk dəfə ölən hərbçilər artıq yeni qəbirstanlıqda tarixi Liçakov qəbirstanlığında dəfn ediləcəklər. Belə ki, hərbçilərin ənənəvi olaraq dəfn edildiyi Fəxri Meydanda isə artıq tam dolub. Şəhər Şurası isə tezliklə yeni dəfn yeri açıqlayacağını bildirib.
Fəxri Meydan artıq çox ailələr üçün ağrılı yer olmağa başlayıb. Hər gün 25 yaşlı desantçı oğlu Mixailin məzarını ziyarət edən Anna Karaşetskaya deyir ki, müharibənin ilk dönəmlərində o, tezliklə savaşın bitəcəyini və Ukraynanın qələbə qazanacağını gözləyirdi:
“O zaman bu yer kiçik idi və cəmi iki sektor var idi. İndi qəbirlər sonsuz şəkildə uzanır. Demək olar ki, dəfn edilən hər əsgərin üzünü və hekayəsini bilirəm”.
Daha bir ölən hərbçi anası Svetlana Miskiv isə deyir ki, Fəxri Meydan artıq gənclər qəbirstanlığına çevrilib:
“Bu dəhşətlidir. Mən ümid edirdim ki, hər şey tezliklə bitəcək, amma hələ çoxlarını dəfn etmək lazım olacaq”.
Müharibə dörd ilə yaxındır getsə də hələ də nə qədər Ukrayna hərbçisinin öldüyünə dair dəqiq informasiya yoxdur. Lakin Lvovdakı qəbirstanlıqda bu miqyasın nə qədər çox olduğunu görmək mümkün olur.
visiontv.az