Küveytdə üç iranlı edam edildi
09.09.2024

Küveytdə bundan əvvəl adam öldürməkdə günahlandırılan 3 iranlı edam edilib.

Bu barədə "Kuveyt Tayms" məlumat yayıb.

Bildirilib ki, edam edilən iranlılar 2017-ci ildə oğurluq etdikləri zaman qətl törədiblər.

Küveyt məhkəməsi 2019-cu ildə İranlı qatillər barədə ölüm hökmü çıxarıb.

Qeyd edək ki, bu, Küveytdə son 2 il ərzində icra edilən ilk edam cəzasıdır.

visiontv.az