Kreml Ermənistandakı hadisələrə, xüsusən də ölkənin sabiq prezidenti Robert Köçəryanın saxlanılmasına münasibət bildirməyəcək.
“İnterfaks“ xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Mən indi Ermənistandakı daxili siyasi hadisələri şərh etmək istəməzdim, orada çox mürəkkəb proseslər gedir”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifətə qarşı ittihamları, həmçinin Köçəryanın saxlanılması ilə bağlı qeyd edib.
Bununla belə, Peskov Ermənistanda baş verənlərin “ciddi şəkildə qanuna uyğun aparılacağına və respublikada siyasi proses iştirakçılarının bütün hüquqlarına hörmət ediləcəyinə” ümid etdiyini vurğulayıb.
visiontv.az
Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir