Kərəcdə spirtli içki satanlar edam edildi
25.10.2024

Kərəc şəhərinin həbsxanasında bundan əvvəl spirtli içki satdıqlarına görə həbs edilən 4 məhkum edam edilib.

Bu barədə İran məhkəmə sisteminə bağlı "Mizan" saytı məlumat yayıb.

Onlar 16 iyun 2023-cü ildə 191 nəfərin zəhərlənməsi və  17 nəfərin ölümü ilə nəticələnən saxta spirtli içkilərin istehsalı və satışında günahlandırılıblar.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir çox ekspertlərin fikrincə, saxta içkilərin istehsalının artması və bunun nəticəsində baş verən insan tələfatı alkoqollu içkilərin ölkəyə girişinə, satışına və istifadəsinə hökumətin qoyduğu qadağa səbəb olur.

visiontv.az