İranlı jurnalistdən sərt mesaj: “Ölkədə təbəqələşmə böyüyür”
17.12.2025

İranda tanınmış yazıçı və jurnalist Əkbər Gənci “X” hesabında video paylaşaraq ölkədə sosial-iqtisadi vəziyyəti sərt tənqid edib.

Gənci qeyd edib ki, cəmiyyətdə təbəqələşmə getdikcə dərinləşir, ən yüksək gəlir qrupları ilə aşağı gəlirli təbəqələr arasındakı fərq isə çox böyükdür. Onun sözlərinə görə, on milyonlarla İran vətəndaşı yoxsulluq və səfalətin “qara dəliyinə” düşüb və bu vəziyyətdən çıxış yolu görmür.

Jurnalist vurğulayıb ki, sevinc, rəqs və mahnı oxumaq bütün vətəndaşların hüququdur, ancaq oğurluq, talan, şantaj və ayrı-seçkilik hüquq sayıla bilməz. Gənci İslam Respublikasını korrupsiyalaşmış və sistemli şəkildə ayrı-seçkilik yaradan bir quruluş kimi xarakterizə edib.

visiontv.az