İranın Türkiyə ilə düşmənçiliyi özünün ayağına atəş açmaq kimidir. Bu cür siyasətlər iki ölkənin maraqlarını təhdid etməklə yanaşı, regionu daha da qeyri-sabitliyə doğru sövq edir.
Bu sözləri türkiyəli jurnalist və təhlilçi CNN telekanalına açıqlamasında deyib.
İranın Türkiyəyə qarşı terror qruplaşmalarını qızışdırmaq cəhdlərinə toxunan Qaragözlü, bu hərəkətləri regional təhlükəsizliyə və iki ölkə arasında tarixi əlaqələrə ciddi təhdid hesab edib.
O, İranın PKK kimi terror qruplarını dəstəkləmək əvəzinə Türkiyə ilə dostluq əlaqələrini gücləndirmək üçün addımlar atmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, son günlər İran mediasında Türkiyə və Azərbaycan əleyhinə təbliğatyenidən artıb, adı çəkilən ölkələrin əleyhinə müxtəlif tədbirlər və kampaniyalar təşkil edilib.
Bu qəbildən olan tədbirlərdən biri Əli Xaməneinin nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amulinin iştirakı ilə Ərdəbil şəhərində keçirilib.
Həmin tədbirdə Azərbaycan və Türkiyə dövlət başçıları əleyhinə səsləndirilən təhqiramiz ifadələrə görə, İran səfirliyinin nümayəndəsi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etirazı bildirilib.
visiontv.az