İranın Səhiyyə Zazirliyi apteklərə xəbərdarlıq edib
07.05.2024

Qida və Dərman Təşkilatı apteklərdə xəbərdarlıq edib ki, işçilər və müraciət edənlər tərəfindən hicaba riayət olunmazsa dərman kovtalarının təyin edilməsində nəzərə alınacaq.

“Qida və Dərman Təşkilatı hicaba riyayət olunmasını nəzərə alan ilk qurum olub. Bu səbəbdən apteklərdə hicaba riayət olunması üzrə təlimat gönədirilib” təşkilatın sədri Seyid Heydər Məhəmmədi deyib.

Məhəmmədi “Əsr İran” qəzeti ilə müsahibəsinin davamında apteklərə təlimat göndərildiyinə rəğmən bəzi hallarda pozuntular barədə məlumat daxil olduğunu qeyd edib.

“Hər hansı aptek normalara riayət etməzsə (hicaba riyayət anlamında), ilk olaraq xəbərdarlıq edilir. 

Xəbərdalıq nəticə vermədikdə pozuntuya yol vermiş aptekə qarşı profilaktiv tədbir görüləcək. 

Bu da təsir etməzsə pozuntuya yol verənlər müvafiq qanuni orqanlara təqdim olunacaq”- deyə Qida və Dərman Təşkilatıın sədri Seyid Heydər Məhəmmədi vurğulayıb. 

Qeyd edək ki, İran hakimiyyəti məcburi hicaba riayət etməyənlərin qarşısını almaq hicaba məcbur etmək üçün böyük problemə və uğursuzluğa tuş gəlib.

Bu səbəbdən məqsədinə çatmaq üçün bütün vasitələrsən istifadə etməli olub.

visiontv.az