İranın iqtisadi artımı 2029-cu ilə qədər azalmağa davam edəcək
25.10.2024

Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyata dair son hesabatına görə, İranın iqtisadi artımı 2029-cu ilə qədər davamlı olaraq azalmağa meyllidir.

Ötən il İran, neft ixracının artması və dövlət xərclərinin yüksəlməsi ilə 5% iqtisadi artım əldə etsə də, bu il üçün proqnoz 3.7%, 2025-ci ildə isə yalnız 3.1% səviyyəsindədir. Hesabata əsasən, İranın iqtisadi artımı 2029-cu ildə cəmi 2%-ə enəcək.

Bu göstəricilər, İranın 8%-lik iqtisadi artım gözləntilərinin əks olunduğu 1403-1407-ci illəri əhatə edən yeddinci beşillik inkişaf planının reallaşmayacağını göstərir.

visiontv.az