Sosial güzaranın ağırlığı İranda insanları bədən üzvlərini satmağa vadar edir. Bu həyəcanlı açıqlama ilə Kirmanşah Əyaləti Böyrək Xəstələrinə Yardım Cəmiyyətinin sədri Hüseyn Beygləri çıxış edib.
Visiontv.az Gunaztv - yə əsasən bildirir ki, onun sözlərinə görə, İranda əhali mənzil kirayə edə bilmək üçün böyrəklərini satmağa məcburdur.
“Eşitdiyimə görə böyrəklərini satanlar 200-250 milyon tümənə razılaşırlar, lakin böyük şəhərlərdə satış qiyməti daha yuxarıdır”-deyə, Hüseyn Beygləri açıqlayıb.
Hüseyn Beygləri deyib ki, böyrəyini satanların əsas məqsədi mənzil kirayələmək və avtomobil al bilməkdir.
Qeyd edək ki, İranda insanların maşın almaqda məqsədi ailəsinin dolanışığını təmin etməkdir.