İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 1 polis əməkdaşı həlak olub, üçü isə yaralanıb.
Hücumun məsuliyyətini "Xalq Müqavimət Cəbhəsi" öz üzərinə götürüb.
Qurumun yaydığı bəyanatda, həmçinin polis qüvvələrinə silahlarını yerə qoymaq tövsiyə olunub:
"Bu həlledici günlərdə sağ qalmaq və zərər görməmək üçün silahları yerə qoyun və xalqa təslim olun".
visiontv.az