İranda polis qüvvələrinə silahlı hücum edilib
29.03.2025

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində naməlum silahlı şəxslər polis avtomobilinə atəş açıb.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində 1 polis əməkdaşı ölüb, 2 polis isə yaralanıb.

Silahlı şəxslərin hadisə yerindən qaçdığı və onların saxlanılması üçün axtarış əməliyyatı başladıldığı bildirilib.

Hələlik hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8