İranda “Denge” qızdırmasına yoluxanların sayı açıqlandı
09.09.2024

Sentyabrın ilk həftəsində İranda 178 nəfərdə “Denge” qızdırması halı qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Şəhnam Ərşi məlumat verib.

O, xəstəliyə yoluxanların ölkənin yalnız bir hissəsində yaşayanlar arasında müşahidə olunduğunu iddia edib. 

Ərşinin sözlərinə görə, diaqnoz qoyulan şəxslərin bir çoxu xaricə səyahət edənlər olub. 

Qeyd edək ki, danq qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.

visiontv.az