İranda daha 3 qadın öldürüldü
10.09.2025

Tehran şəhərində ailə başçısı həyat yoldaşı və 13 yaşlı qızını odlu silahdan atəş açaraq öldürüb.

Bu haqda yerli media məlumat yayıb.

Kimliyi açıqlanmayan qatil həbs olunub və hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirib.

Bununla yanaşı Xuzistan əyalətinin Şadeqan şəhərində də 16 yaşlı yeniyetmə qız əmisi tərəfindən öldürülüb.

Adı açıqlanmayan yeniyetmənin atası qatildən şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, rəsmi statistikaya görə, son 2 il ərzində İranda öldürülən qadınların sayı 300-ə çatıb.

İnsan haqları müdafiəçiləri öldürülən qadınların sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Onların fikrincə, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır. 

visiontv.az