İranın Sistan və Bəluçistan əyalətinin Mehristan rayonunun Hizabad kəndində 8 Pakistan vətəndaşı güllələnərək öldürülüb.
Bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, silahlı şəxslər Hizabad kəndində avtomobil təmiri sexinə hücum edərək oradan işləyən pakistanlıların əl-ayağın bağladıqdan sonra güllələyib və hadisə yerindən qaçıblar.
Pakistanın baş naziri şahbaz Şərif bunu terror adlandırıb və İran rəsmilərindən hadisə səbəbkarlarının saxlanılaraq cəzalandırılmasını istəyib.
Pakistanın yerli mənbələrinin yazdığına görə, silahlı hücumun məsuliyyətini "Bəluçistan Azadlıq Ordusu" öz üzərinə götürüb.
Fransa xəbər agentliyi isə "Bəluçistan Azadlıq Ordusu" ilə yanaşı bəluçların silahlı təşkilatı olan "Ceyş əl-Ədl" də hücumun məsuliyyətini qəbul edib.
visiontv.az