Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı BMT Təhlükəsizlik Şurasının (TŞ) üç qeyri-daimi üzvü – Yunanıstan, Sloveniya və Syerra Leonenin xarici işlər nazirləri ilə telefon danışığı aparıb.
Məlumata görə, söhbət zamanı Əraqçı Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, Sloveniya XİN rəhbəri Tanya Fayon və Syerra Leonun xarici işlər naziri Alie Kabba ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, o cümlədən BMT TŞ-nin gündəmində olan mövzular barədə məsləhətləşib.
İran XİN başçısı Avropa üçlüyünün Tehrana qarşı atdığı son addımı “əsassız və qanunsuz” adlandırıb. O, İranın diplomatik həll yollarına sadiq qaldığını və nüvə proqramı ilə bağlı problemlərin sülh yolu ilə həllinə üstünlük verildiyini iddia edib.
visiontv.az