İran Sudana silah göndərib
03.04.2025

İslam İnqilabı Keşikçiləri Korpusu martın 17-də Fars Air Qeşm aviaşirkətinə məxsus təyyarə ilə Sudana silah-sursat göndərib.

Bu barədə xarici media məlumat yayıb.

"Flight Radar 24" saytında qeydə alınan məlumata görə, SEPAH təyyarəsi həmin gün səhər saatlarında w5998 reysi ilə Tehrandan Sudan hava limanına uçub.

SEPAH-a yaxın bir mənbə də təsdiqləyib ki, bu təyyarənin yükü silah və hərbi texnika və müxtəlif pilotsuz təyyarələr olub.

Qeyd edək ki, SEPAH-a məxsus Fars Air Qeşm aviaşirkəti terror qruplaşmalarını silahla təchiz etdiyinə görə Amerikanın sanksiyalarına məruz qalıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8