İran rejiminin qələbə eyforiyası
18.04.2024

17 Aprel tarixində İran rejimi hərbi parad keçirərək İsrailə qarşı pilotsuz təyyarə və raket hücumunun "uğurunu" qeyd edib

İslam Respublikası aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hava hücumuna cavab olaraq tarixində ilk dəfə İsrailə qarşı birbaşa hava hücumu həyata keçirdi.

Tehran rejiminin pezident İbrahim Rəisi Tehranın kənarındakı hərbi bazada deyib ki, "həqiqi vəd" adı verilən əməliyyat "sionist rejimin (İsrail) qüdrətini sarsıtdı".

O, nizami orduya və İslam İnqilabı Keşikçiləri Korpusuna (oxu: terrorçulara) müraciətində deyib: “Bu əməliyyat silahlı qüvvələrimizin hazır olduğunu göstərdi”.

Çərşənbə günü keçirilən paradda İran silahlı qüvvələri pilotsuz təyyarələr və uzaqmənzilli ballistik raketlər də daxil olmaqla bir sıra hərbi texnikanı nümayiş etdirib.

Rəisi çıxışında İsraillə "münasibətləri normallaşdırmağa çalışan" ölkələri də tənqid edib.
2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş ABŞ-ın vasitəçiliyi ilə imzalanmış “Abraham” razılaşmasının bir hissəsi olaraq İsraillə münasibətləri normallaşdırıb.

Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsraillə sülh sazişi imzalayıblar.

visiontv.az