İran Radiosu: Dədə Qorqudun Azərbaycanla əlaqəsi yoxdur
10.11.2025

İran rəsmiləri və dövlət qurumları tərəfindən türklərə qarşı yayılan nifrət davam etdirilir.

Bu dəfə İran Yayım Korporasiyası ilə əlaqəli İran Radiosu nifrət nitqi yayaraq türklərin tarixi irsini inkar edib.

"Sənət Bağı" verilişinin bir hissəsində İran Radiosu xalq tərəfindən böyük maraqla qarşılanan "Səttar Xan" və "Dəli Domrul" tamaşalarını müzakirəyə açıb. Müzakirə zamanı tamaşanın ədəbi dəyərə sahib olmadığı və Dədə Qorqudun Azərbaycanla əlqəsi olmadığı iddia edilib.

Son yüz ildə İranda fars irqçiliyi və anti-türkçülük institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farslar tərəfindən alçaldılmaya və irqçi təhqirlərə məruz qalıblar.

Bunun başlıca səbəbi rejimin xalqa türk düşmənliyini aşılamasıdır. Zaman-zaman fərqli İran rəsmiləri bu günki İran coğrafiyasının türk tarixini inkar edir və ya burada hökm sürmüş türkləri barbar, vəhşi kimi təqdim edirlər.

visiontv.az