“Humanitar” Ermənistan
“Humanitar” Ermənistan
29.07.2023 Əkbər Qoşalı Tərəfindən

Ermənistan bizim Laçın postumuz səmtə 360 ton “humanitar yardım” daşıyan 19 “tır” səfərbər edib. Necə ki Laçının Azərbaycan bayrağı altına qayıdacağını uzun illər düşünmək belə istəmirdilər, indi də o, 19 “tır”ın suyu süzülə-süzülə geri dönəcəyini düşünməyiblər, qaliba.

Məgər Qarabağdakı bir ovuc erməni acından ölürmüş də, nicat o “tır”lardaymış. Deyir, yalançının yaddaşı olmaz - mən də əlavə edim - yalançının ağlı da işləməz. Bəs o “tır”lar geri qaytarılınca və Qarabağdakı ermənilərin ölmədiyi, “bir dəri-bir sümük” qalmadığı, eyş-işrətdə olduqları görüntülənincə nə izah verəcəklər? Ayrıca, axı biz Ağdam-Xankəndi yolundan yararlanmaq imkanı olduğunu bütün dünyaya açıqlamışıq! Sən bu yola beton piltə atıb da, mina daşıdığın (“Qırmızı Xaç”ın maşınında belə qaçaqmalçılıq etdiyin) yola niyə israr edirsən ki?!. 

Başqa bir məqam: 

Dünya erməniliyinin 30 il içində Ermənistana və Qarabağdakı ermənilərə yerli-yersiz yardımları hara, kimə və nəyə xərclənib? Şəffaf hesabat yayınlaya bilərlərmi? - Mən deyim: Separtçıbaşlarının cibinə, “tuşenkasatan” generalların evinə və minalara, səngərlərə, günahsız insanların qanını axıtmağa xərclənib o haram pullar..!

Bəli, Ermənistan hara. humanitariya, yardımlaşma, xeyirxahlıq hara? 
Sadə (danılmaz!) faktlara diqqət edək:
1988-ci il Spitak zəlzələsi zamanı ilk yardıma göndərilənlərdən olan Azərbaycan xilasedicilərini daşıyan uçağın qəsdli yanlış komanda ilə dağa çırpılması yadınızdadırmı?

Azərbaycanın 68 mülki müdafiəçisi fəlakətə məruz qalan Ermənistana göndərilmişdi - onlardan yalnız bir nəfər istisna olmaqla (və 9 ekipaj üzvü) müəmmalı şəkildə həlak oldu.

O vaxtkı rəsmi teleqraf agentliyi “Azinforum”un məlumatlarına əsasən, Azərbaycan sakinlərinin zəlzələ bölgəsində yaşayan ermənilərə çox böyük maddi yardımlar göstərməsindən savayı, təbii fəlakətdən sonrakı ilk 3 gün (!) içində respublikamızın o vaxtkı Dövlət Neft Məhsulları Komitəsinin (indiki ARDNŞ) xətti ilə Ermənistana 25 min tondan çox yanacaq, 880 ton qatı və maye bitum, 40 min tona yaxın mazut, 330 min ton sürtgü yağı, 120-dən çox iri yük maşını və xüsusi maşın, 46 avtokran, eləcə də buldozerlər, ekskavatorlar göndərilmişdi. Nəzərə alın ki, bu böyük yardımlar azərbaycanlıların Ermənistandan kütləvi və zorakı şəkildə deportasiyasından sayılı günlər sonra baş verirdi..! - İstərsiz, sadəlöhvlük deyin, istərsiz ifrat humanizm, aşırı beynəlmiləlçilik və s. deyin - olan olub bir kərə. Bəs ermənilər bunun qarşılığında nə etmişdi? - Artıq vurğuladığımız kimi, Bakıdan havalanmış uçağı yanlış yönləndirmə ilə dağa çırpdılar, bu azmış kimi İstanbuldan havalanan (o vaxtkı) Yuqoslaviya uçağını da Türk uçağı sanıb qəzaya uğratdılar… Faciənin dibində belə rəzilliklərindən əl çəkmədilər yəni…

Zəlzələ bəhanəsi ilə ağlaşma quran, dünyanın dörd tərəfindən, keçmiş SSRİ-nin hər yanından aşırı yardımlar cəlb edən Ermənistan, o yardımları həm də anti-Azərbaycan çalışmalarına cəlb etdi, Qarabağda separatizmə maddi-texniki dəstək verdi. Humanitar yardımlar anti-humanitar məzmun qazandı. - Bax, erməni xisləti budur. 
Erməni xislətindən başqa daha neçə örnək gətirə bilərik ki, Xocalı Soyqırımı, Ağdaban, Bağanis-Ayrım, Qaradağlı… kimi soyqırım aktları törədib?!. Bunlar uzaq keçmişdə olmayıb, şahidlər indi də yaşayır, sənədlər, çəkilişlər, yazılışlar mövcuddur… 
“Ermənistan” və “humanitar” sözlərini bir cümlədə işlətmək doğru deyil, əslində. 
Minbir əziyyətlə ev-eşik qurmuş sadə insanları qışın oğlan çağında öz dədə-baba yurdundan didərgin salan, onların isti ayaqqabı, paltar geyinməsinə belə müsaidə etməyən kimlər idi?
Yoxsa, “Yaşıl dəhliz” aldatmacası ilə qadınları, uşaqları, qocaları mühasirəyə salıb güllələməkdirmi erməni humanizm? Dörd min civarında azərbaycanlı əsir-girovun taleyinə dair bilgiləri bu gün də gizlədən zehniyyət necə humanitar ola bilər? Viran etdikləri şəhərlərə, kəndlərə, qəbristanlıqlara addımbaşı mina basdırmaqdırmı humanizm? Bəlkə o minaların xəritəsini bizimlə hələ də tam bölüşməmək humanitar təfəkkür hadisəsidir də biz bilmirik?!.

Əlbəttə, minlərlə başqa danılmaz misallar çəkə bilərik və də birmənalı olaraq demə haqqımız var ki: Ermənistan humanitar yox, humanitariya düşməni olan bir dövlətdir. Hər şey bir yana, əgər belə olmasaydı, bizim bölgənin, Qafqazların yeganə monoetnik dövləti olmazdı. Bir dövlət ki humanitariyadan yoxsundur, o heç dövlət deyil zatən!

Bunları nəyə görə sadalayıram? - İndi durub 19 “tır” humanitar yardım toplayıb da, Laçın postu səmtə yürüş edənlər, onların himayədarları, diplomatik müşahidəçiləri öncə bəzi sualları cavablandırmalıdır. - O sualların az bir qismini yuxarıda vurğuladım. Bax, o suallara cavab verə bilərlərsə, sonra nələrisə müzakirə etmək olar. Yəni hər şeyi öz adı ilə çağırdıqdan, haqq etdiyi şəkildə qiymətləndirdikdən sonra, onlara xas olmayan, ermənilərdə gələnəyi (təcrübəsi) olmayan “humanitar yardım”dan və keçiddən danışmaq olar bəlkə. Yəni “bir”i qoyub, “iki”dən danışası halımız yoxdur.

Adama deyərlər, humanitardınızsa, niyə 30 il boyunca və ya heç olmazsa, bəlli 10 noyabr Üçtərəfli Bəyanatından sonrasa humanitar davranmamısız, yandırmısız-yaxmısız, minazadə olmusuz? Yox, humanitar deyilsinizsə, bəs indi niyə humanitar adı ilə çıxış edirsiz?!. “Ya olduğunuz kimi görün, ya göründüyünüz kimi olun”!
10 noyabr Bəyanatından sonra Kəlbəcər, Ağdam bə Laçında qanunsuz məskunlaşdıtılmış ermənilərin çıxarılması üçün zaman tanıyan Azərbaycan… bunca ağır yaralardan sonra dəxi öz humanistliyini göstərdi. Və yenə “humanitar” erməni xisləti özünü göstərdi: illərlə qanunsuz yaşadıqları azərbaycanlı evlərini viran, meşələri talan edib, getdilər…

Qaldı, o, 19 “tır” yükə - bir xas önərim var: Ermənistanın kəndlərində yaşayanlara, lap elə Zəngəzurda məskunlaşdırılmış erməni kəndlilərinə pay-püş edə bilərlər… 
Etmirlər, cəhənnəmə etməsinlər.

Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən maşallah çox çoxdur, öz sakinlərimizə özümüz yardım etməyə qadir və qabilik. Rəsmi İrəvanın belə humanitar damarı tutubsa, Qərbi Azərbaycan İcması ilə yubanmadan danışıqlara başlamalıdır və camaatın öz dədə-baba yurduna qayıtması ləngiməməlidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı 

Visiontv.az