İranda məcburi hicab qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni qanun layihəsi qəbul edilmədikdən sonra, "İctimai nizam-intizamın yüksəldilməsi" adı altında məcburi hicab qaydalarını pozanlara qarşı cəza tədbirləri həyata keçirilir.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, yeni tətbiqdə məcburi hicab qaydalarını pozanlara xidmət göstərən mağaza, kafe, restoran və başqa iaşə obyeklərinin bağlanması və onların sahiblərinə qarşı cinayət işinin açılması, həmçinin maddi cərimənin artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, bir həftə əvvəl İran Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bahünərə istinadən "İranda məcburi hicab qanununun tətbiqi dayandırıldı" məzmunlu məlumatlar yayılıb.
Bahünər isə ötən gün İran televizyasına verdiyi müsahibədə fikirlərinin yanlış başa düşüldüyünü bildirib.
visiontv.az