Heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə: Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür
03.04.2025

Sənin Torpağın, sənin malik və mənsub olduğun ərazin azalırsa, sən özün də kiçilirsən. Və əksinə: Əlindən alınmış ərazini qaytarıb yerinə qoyursansa, böyüyürsən, öz boyunu, həcmini alırsan. Üstəlik də bu böyümə prosesi bir neçə əsri əhatə edirsə, tarixini də böyütmüş olursan. Yəni ərazi bütövlüyünün təmin olunması bir proses olaraq şəxsiyyət, mənəviyyat bütövlüyünün təmin olunması ilə yekunlaşır. Biz bu bioloji, mənəvi, psixoloji və antropoloji bitkinlik duyğusu, hissi haqqında Kəlbəcərdə danışırıq. Və mən Sizi elə burdan, 2025-in qalib Kəlbəcərindən, tarixin 33 il əvvəlinə, aprel ayının 1-inə, 2-sinə aparıram. 1993-cü ilə... Kəlbəcərin süqut günlərinə...

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8