"Fars": İranın enerji təsisatlarına hücumlar davam etsə, regionun neft-qaz infrastrukturu hədəf alınacaq
08.06.2026

İranın enerji təsisatlarına hücumlar davam etsə, bütün regionun enerji təsisatları hədəf alınacaq.

Bu barədə iranlı hərbi rəsmi “Fars”a danışıb.
Bildirilib ki, İranın enerji obyektlərinə yeni hücumlar olsa, İran regionda  ABŞ, İsrail və onların müttəfiqlərinə məxsus enerji obyektlərinə hücum edəcək.
Mənbə regionda fəaliyyət göstərən və səhmdarları arasında  Amerika və ya İsrail olan neft şirkətləri və enerji sektoru müəssisələrinin İran tərəfindən legitim hədəf hesab edildiyini vurğulayıb.

visiontv.az