Bu gün Ermənistan Xarici İşlər Nazirliyi İsrailin İrana hücumu ilə bağlı “X” hesabında paylaşım edərək yazıb:
“İrana birtərəfli hücum çox narahatlıq doğurur. Bu hücumun xüsusilə danışıqların növbəti raundu öncəsi həyata keçirilməsi sülh səylərini, eləcə də regional sabitlik və qlobal sülhü təhlükə altına qoyur".
Ermənistan XİN qeyd edib ki, “İrəvan bu addımları pisləyir və hərbi əməliyyatları dərhal dayandırmağa və beynəlxalq hüquqa riayət etməyə çağırır”.
visiontv.az