Ermənistan polisi Tavuşun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib
02.05.2024

Ermənistan polisi Tavuş rayonunun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib.

Visiontv.az  APA-ya istinadən  xəbər verir ki, bu barədə Ermənistan DİN-in məlumatında deyilir.

Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və  Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır.

“Polis mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - məlumatda qeyd edilib.

visiontv.az