Onlar aylar, hətta illərdir ki, Ermənistanın gözlənilən çöküşünü bəyan edirlər, lakin bu proqnozlar inadla özünü doğrultmur.
Bu günlərdə onlar yenə də narazıdırlar – bu dəfə hakimiyyətdən yox, yay fəslinin sevincli anlarını yaşayan və gündəlik mübarizələrini qısa müddətə unudan Ermənistan vətəndaşlarından. İrəvanın ictimai meydanlarında rəqs etmək, ölkənin bu başından o başına Vardavarı (bayramdır) qeyd etmək, minlərlə insanın şərab festivallarına qatılması, on minlərlə insanın Sevan gölünün kənarında dincəlməsi – bunların hamısı müxalifət üçün qəbuledilməz davranışlardır.
Bu qara düşüncəli tənqidçilərə görə, xalq kef çəkməməlidir, çünki ölkə guya dağılma və məhv olmaq ərəfəsindədir. Müharibə qaçılmazdır, hökumət “Zəngəzur dəhlizi”ni Azərbaycana verməyə və ya ABŞ-a satmağa hazırlaşır, guya Ermənistana 300 min azərbaycanlı gəlir, dövlət Ermənistanın elektrik şəbəkəsini türklərə təslim etmək üzrədir – və guya Ermənistanı gözləyən “fəlakətlərin” siyahısı günü-gündən uzanır və Ermənistanı, erməni xalqını məhvə sürükləyir. Müxalifət “ölkə üçün nə qədər pis olarsa, bizim üçün də o qədər yaxşıdır” prinsipi ilə fəaliyyət göstərir.
Ermənistanın müxalif mətbuatı ölkəni belə təsvir edir. Ermənistanın "massispost.com" saytı belə yazır...
Elbəyi Həsənli
visiontv.az