E-İştirak platforması nə zaman istifadəyə veriləcək?
E-İştirak platforması nə zaman istifadəyə veriləcək?
16.04.2025 Elvin ABBASOV Tərəfindən

Rəqəmsal hökumət quruculuğunun əsas dayaqlarından biri olan e-iştirak (elektron iştirakçılıq) platformasının ölkəmizdə hələ də tam şəkildə formalaşmaması narahatedici məqamlardan biridir. Gecikmənin səbəbi hüquqi bazanın tam formalaşmaması, yoxsa texniki çətinliklərdirmi?

Qeyd edilməlidir ki, bu sistem yalnız texnoloji layihə deyil – müxtəlif dövlət qurumları arasında koordinasiya, məlumat mübadiləsi və hüquqi əsasların mövcudluğunu tələb edən kompleks bir infrastrukturdur. Hazırda bir çox qurumlar arasında məlumat paylaşımı və açıq API-lərdən istifadə istənilən səviyyədə deyil. Digər tərəfdən, ictimai iştirakçılıq və rəqəmsal hüquqlar sahəsində hüquqi və etik çərçivələrin də tam formalaşmadığı müşahidə olunur.

Platformanın davamlı və effektiv fəaliyyəti üçün tələb olunan maliyyələşmə və texniki resursların hazır olub-olmadığına dair ictimaiyyətə açıq məlumat mövcud deyil. Daha önəmli məqamlardan biri isə ondan ibarətdir ki, ictimaiyyətdə bu sistemə olan maraq və tələb kifayət qədər güclü deyil. Belə olduğu halda, qərarvericilər üçün bu istiqamətə diqqət yetirmək ikinci plana keçə bilər.

Halbuki, e-iştirak sisteminin tətbiqi dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vətəndaşların rəqəmsal idarəetmədə aktiv iştirakını təmin etmək üçün bu məsələyə prioritet yanaşılmalı və proses sürətləndirilməlidir.

Elvin Abbasov

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8