Dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRİCS ölkələri hazırda qlobal iqtisadiyyatın 37.4 faizini formalaşdırır
23.10.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.

Dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRİCS ölkələri hazırda qlobal iqtisadiyyatın 37.4 faizini formalaşdırır. Bu illik 29.0 trilyon dollar yaxın Ümumi Daxili Məhsul (ÜDM) deməkdir. BRİCS artıq qlobal gücə çevrilib. Belə ki, əgər 1992-ci ildə hazırda BRİCS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatı payı 16.7 faiz, Böyük Yeddilik (G7) dövlətlərinin qlobal ÜDM-də çəkisi 45.5 faiz idisə, ötən müddətdə G7-nin qlobal payı 29.0 faizədək azalıb. 2009-cü ildə yaradılan BRİCS üzv ölkələri üçün inkişaf baxımdan yeni imkanlar yaratdı.

BRİCS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir?

Azərbaycan üçün BRCİS ilə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir. BRCİS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb də vardır. Eyni zamanda, BRCİS ölkələri ilə turzim sahəsində əməkdaşlıq son illər daha güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən - 1,9 dəfə, İrandan - 38,4 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var.

BRİCS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımdan da bir imkandır Bu aspektdən, bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də həm ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRİCS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRİCS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhvədir.

Qeyd edək ki, 2006-cı ildə yaradılan BRİCS hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurumdur.

Millət vəkili Vüqar Bayramov

visiontv.az