Dövlət Xidməti ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atacaq
18.04.2024

Dövlət Xidməti ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atacaq

Ermənilərin  Xudavəng monastırında törətdikləri vandalizminin izləri ilə bağlı lazımi addımlar atılacaq.

Bunu jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva  APA-nın müvafiq sualına cavabında deyib.

"Təbii ki, Qarabağ  və Şərqi Zəngəzurdakı bütün abidələr bizim mədəni-tarixi irsimizin bir hissəsidir.Həmin abidələrin qorunması, mühafizəsi, digər lazımi prosedurlar hamısı həyata keçiriləcək", - Xidmət rəisi qeyd edib.

visiontv.az