Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
22.04.2024

Evin həbsxanasının prokurorluğunun beşinci istintaq şöbəsində azərbaycanlı fəalların dindirilmə iclası keçirilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Vədud Əsədi, Səid Camalzadə, Salar Tahir Əfşar və Behnam Babaşpur adlı fəallar barələrində irəli sürülən "milli təhlükəsizliyi pozmaq üçün toplaşmaq və sövdələşmə" ittihamına görə müdafiə çıxışı ediblər.

Onların barələrində yaxın günlərdə qərar çıxarılacağı bildirilir.

Hər dörd fəal bundan əvvəl dinc fəaliyyətlərinə görə təqib və təzyiqlərlə üzləşib, məhkumluq dövrü yaşayıblar.

visiontv.az