Belə ki, sentyabrın 2-dən 3-nə keçən gecə Ukrayna ərazisinə zərbələr endirmək üzrə döyüş tapşırığını yerinə yetirən bir sıra təyyarələrdə texniki problemlər yaranıb.
Strateji bombardmançı Tu-160 (“İvan Yarıgin”, bort nömrəsi 04) raket buraxılış qurğusunun sıradan çıxması səbəbindən raket buraxılışını həyata keçirə bilməyib.
Strateji bombardmançı Tu-160 (“Aleksey Ploxov”, bort nömrəsi 16) ildırım zərbəsinə məruz qalıb, buna görə də tapşırığın icrasını dayandıraraq aerodroma qayıtmağa məcbur olub. Pilot kabinəsinin şüşələri zədələnib.
Bundan əlavə, döyüş tapşırığını yerinə yetirmək üçün nəzərdə tutulmuş bortlardan biri Engelsdən uçuş edə bilməyib, səbəb məlum deyil.
visiontv.az