Məhəmməd Rəhmanifərin dilmanclığı ilə Branda Şaferin “Iran is more than Persia” kitabının farsca çevirisi Türkiyədə nəşr edilib.
Xanım Şafer bu kitabda İrandakı etnik siyasətləri araşdırır və bu məsələyə müxtəlif etnik, siyasi, sosial və iqtisadi baxışlardan yanaşır.
Tərcüməçi Məhəmməd Rəhmanifər kitab haqqında yazır: “Əsas media və akademik mərkəzlər İran hökumətlərinin (Pəhləvi və İslam Respublikası) taxdıqları eynəklər vasitəsilə illərdir İranla bağlı məsələləri müşahidə edir və öyrənirlər. Professor Brenda Şaffer azsaylı tədqiqatçılardandır ki, İranın aldadıcı eynəyinin ona cəmiyyətin, daha dəqiq desək, İran cəmiyyətlərinin dərisi altında cərəyan edən faktları və reallıqları müşahidə etməyə və öyrənməyə mane olmasına imkan verməyib. Şaffer İran mediasına və akademik təbliğatına etibar etməkdənsə, İran məsələsini İranda yaşayan akademiklər və etnik vətəndaş fəallarının köməyi ilə öyrənməyə üstünlük verib."
Qeyd edək ki, Brenda Şaffer Harvard Universitetinin professoru və Harvard Universitetinin Kennedi Kollecində Xəzər Araşdırmaları Mərkəzinin tədqiqat rəhbəridir.
Onun tədqiqat və yazılarının əksəriyyəti Qafqaz və Mərkəzi Asiyada siyasi, sosial, mədəni və təhlükəsizlik məsələləri sahəsindədir və məqalələri və yazıları "Los Angeles Times", "Wall Street Journal", Avropa və Amerikanın nüfuzlu nəşrlərində dərc olunub.
visiontv.az