Böyük güclər yeni paylaşım savaşı...
16.12.2025

1-ci dünya müharibəsində istədiklərini ala bilməyən güclər yeni paylaşım savaşına hazırlaşdılar. Britaniya elitasında yeni paylaşım savaşına qarşı fikirlər müxtəlif idi. Elita demək olarki, 3 qrupa bölünmüşdü.

1-ci qrup çox az üzvdən ibarət Little England (kiçik İngiltərə) ideyası ətrafında birləşmişdi. Bunların məqsədi İngiltərəni savaşdan çəkindirmək və lazım gələrsə digər hissələrdən (Uels, Şotlandiya, İrlandiya) vaz keçmək idi. 2-ci qrup Save the Empire (İmperiyanı xilas etmək) ideyası ətrafında birləşdi və bu komandaya Lord Qalifaks və Baş Nazir Nevill Çemberlen başçılıq edirdi. Əsas məsələ Britaniyaya toxunmamaq şərtilə Hitlerə bütün Avropanı güzəştə getmək və onu Sovvetlərə qarşı təhrik etmək fikri idi. Zatən 1938-ci ildə Münxendə Fransız Baş Nazir Eduard Daladiye və Çemberlen Hitlerə Çexoslovakiyanı verməklə ilk 'GÜZƏŞTİ' etdilər. Avstriyada Anşluss etməklə Hitler qızıl ehtiyatlarına, Cexoslavakiyanı almaqla isə Avropanın ən böyük hərbi sənayesinə sahib oldu.

3-cü qrup isə Çörçill liderliyindəki proto-qlobalist və ABŞ ilə ittifaqa daha yaxın olan qrup idi. Çörçillin məqsədi okean ötəsindən avropadakı məsələlərdən uzaq duraraq güclənən KUZENİ (AMERİCA) Hitler ilə savaşa soxaraq zəiflətmək idi. Çünki, Alen Dalles və qardaşı Dövlət Katibi olmuş Con Foster Dalles (Dalles qardaşları amerikan xarici siyasətini yazan əsas fiqurlar idi) üçün əsas prioritet məsələ ABŞ-ı yenidən öz təsir zonasına salmaq istəyən Britaniyanı məhv etmək idi. Hitlerə amerikan dəstəyinin arxasında bu faktor dayanırdı. Lakin, Çörçill Ruzveltidə oyuna daxil edərək amerikan isteblişmentinin planını məhv etdi. Lakin Dallas qardaşlarının planı müharibədən sonra 1956-cı ildə Süveyş Böhranında ABŞ və Sovvetlərin birlikdə hərəkət etməsi ilə baş tutdu. Britaniya isə Lord Mauntbetton liderliyində 1956-dan sonra İnvisible Finance Empire (Görünməz Maliyyə İmperiyası) quraraq təsirini qorumağa çalışdı.

Şəkilin açıqlaması yoxdur.

Pərviz Əliyev

visiontv.az