İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayiş Ərdəstani bildirib ki, gərginliyin davam etməsi və müharibə vəziyyətinin saxlanılması uzunmüddətli həll yolu deyil.
Onun sözlərinə görə, ölkədə rasional yanaşmanın güclənməsi ilə ABŞ ilə anlaşma və danışıqlar üçün şərait daha da asanlaşa bilər.
Ərdəstani ABŞ ilə İran arasında imzalanmış sənədə də toxunaraq qeyd edib ki, bu sənəd hələlik yekun razılaşma deyil və gələcək danışıqlar üçün yalnız ilkin mərhələ xarakteri daşıyır.
O, sərt xətt tərəfdarlarını tənqid edərək bəzi dairələrin “apokaliptik düşüncə” ilə hərəkət etdiyini və ABŞ-ın tamamilə məhv edilə biləcəyini düşünməyin real olmadığını bildirib.
Millət vəkili həmçinin vurğulayıb ki, iqtisadi vəziyyətin yaxşılaşdırılması və regional gərginliyin azalması ölkənin siyasi atmosferinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, əgər “rasional qüvvələr” siyasi proseslərdə üstünlük təşkil edərsə, İran tədricən anlaşma və diplomatik razılaşma yoluna yönələ bilər.
Sadiq İsabəyli
visiontv.az