Şri-Lankanın yüksək vəzifəli rəsmisi bildirib ki, ölkənin cənub sahilləri yaxınlığında batmaqda olan İran hərbi gəmisindən xilas edilən 32 nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin rəsmisi doktor Anil Casinghe deyib ki, xilas olunanlardan biri ağır vəziyyətdədir, yeddi nəfər təcili tibbi yardım alır, digərləri isə yüngül xəsarətlərlə müalicə olunur.
Xarici işlər naziri Vijita Herat parlamentdə bildirib ki, 180 nəfərin olduğu IRIS Dena gəmisinin təhlükə siqnalı verməsi barədə Şri-Lanka Hərbi Dəniz Qüvvələri məlumat alıb və ölkə xilasetmə əməliyyatı üçün hərbi gəmilər və hava qüvvələrinə məxsus təyyarələr göndərib.
Dənizçilərin necə yaralandığı və gəminin hansı səbəbdən zədələndiyi barədə hələlik ətraflı məlumat verilməyib. İddialara görə gəmi sualtı qayıq tərəfindən hücuma məruz qalıb.
İlkin məlumatlara görə 101 nəfər itkin düşüb.
visiontv.az