"AzTV əməkdaşlarının üzləşdiyi hal dünya mətbuatını narahat etməlidir"
"AzTV əməkdaşlarının üzləşdiyi hal dünya mətbuatını narahat etməlidir"
30.06.2023 Bilal Dündar Tərəfindən

"Bu gün jurnalistlər dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Onların bəziləri müharibə şəraitində reportajlar hazırladıqları üçün ölüm və terror təhlükəsi ilə üz-üzə gəlir. Ancaq AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına edilən hücum anlaşılan səbəb deyil." 

Visiontv.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında "Kocaeli Heydər Əliyev" mədəniyyət mərkəzinin rəhbəri jurnalist Bilal Dündar deyib.

O qeyd edib ki, jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Əgər bu hadisə Avropanın mərkəzində baş verirsə, köhnə qitədə demokratiya və söz azadlığının tədricən yalnız sözə çevrildiyi fikirini söyləmə əsas verir.

Bilal Dündar əlavə edib ki, hadisə ilə Fransa hökuməti və hüquq-mühafizə orqanları ölçü götürməlidir. Əks təqdirdə bənziri hadisələr təkrarlana bilər. Bu hal tək azərbaycanlı jurnalistləri deyil, dünya mətbuatını narahat etməlidir.