Azərbaycan müharibə istəmir: “Əlimdən gələni edəcəyəm ki, müharibə olmasın”
Azərbaycan müharibə istəmir: “Əlimdən gələni edəcəyəm ki, müharibə olmasın”
18.01.2024 İbrahim Məmmədov Tərəfindən

Zəngəzur dəhlizi: Differensial yanaşma metodu. İbrahim Məmmədlinin təqdimatında "Həftəyə baxış".

YENİ GEOSİYASİ MƏRHƏLƏNİN YENİ XARİCİ SİYASƏTİ: ƏSAS ƏLAMƏTLƏR

- Fransa ilə diplomatik qarşıdurmada Azərbaycanın tətbiq etdiyi mexanizm və alətlər, əldə olunan nəticələr müstəqillik dövründə yeni xarici siyasət taktikasıdır: Azərbaycan Fransanın keçmiş və indiki müstəmləkələrini səfərbər edir, onlara təşkilati və informasiya dəstəyi verir, Avropa İttifaqı daxilində Fransanın yaratmaq istədiyi ittifaqları parçalayır və hətta anti-Fransa alyanslar formalaşdıra bilir. Nəhayət, Azərbaycan Fransanın xüsusi xidmətlərinə güclü zərbə endirərək ölkə daxilində Makron üçün böhran yaradan nəticələrə səbəb oldu. Bu, Azərbaycanın yeni siyasi tarixində unikal bir hadisə olmaqla yeni bir xarici siyasət mərhələsinin başlanğıcının rəmzidir.

- Azərbaycanın müharibədən sonra tədricən görünməyə başlamış, 2023-cü ilin ikinci yarısından isə açıq və real tətbiq olunan siyasətə çevrilmiş bir xarici siyasət xətti də Ermənistanla birbaşa danışıqlar formatına keçməsidir. Azərbaycanın Ermənistanla birbaşa danışıq formatına keçməkdə israr etməsi və buna nail olması:

- Ölkənin xarici siyasətinin müstəqilliyinin sərhədlərinin genişlənməsidir;

- Cənubi Qafqazda Azərbaycanın liderliyinin möhkəmlənməsi və rəsmiləşdirilməsidir;

- Cənubi Qafqaz məsələlərinə destruktiv xarici müdaxilələrin qarşısının alınmasıdır;

- Azərbaycana Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyinin açar ölkəsi, regionun təhlükəsizliyinin qarantı statusu verir.

– YENİ GEOSİYASİ DÖVRÜN MÜDAFİƏ KONSEPSİYASI: QABAQLAYICI ZƏRBƏ

Yeni xarici siyasətin üçüncü əlaməti Azərbaycanın təhlükələrə qarşı qabaqlayıcı, preventiv zərbə vurmaq haqqını elan etməsidir. Bu yeni bir konsepsiyadır və hərbi, müdafiə sahəsində müstəqil və qətiyyətli qərar qəbul etmənin təzahürüdür.

– ZƏNGƏZUR DƏHLİZİ: DİFFERENSİAL YANAŞMA METODU:

- Prezident Zəngəzur dəhlizindən keçən yüklərə tətbiq olunacaq rejimin differensallaşdırılması prinsipinin vacibliyini elan etdi;

- Yüklərə differensial rejim tətbiqi isə yüklərin “Azərbaycandan-Azərbaycana”, “Azərbaycandan xaricə” və “üçüncü ölkələr arasında yükdaşımalar” kimi qruplaşdırılmasını nəzərdə tutur

- ZƏNGƏZUR DƏHLİZİNİN TƏHLÜKƏSİZLİYİ: ERMƏNİSTANIN POTENSİALI YOXDUR

– AZƏRBAYCAN MÜHARİBƏ İSTƏMİR!

“Əlimdən gələni edəcəyəm ki, müharibə olmasın”.

visiontv.az