Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
08.04.2024

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar

Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən birinci “Tallinn Open” beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıblar.

Visiontv.az  AZƏRTAC-a istinadən xəbər verir ki, böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla hərəkətlərdə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi çıxışlarda isə İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova (lent) isə gümüş mükafata layiq görülüb.

visiontv.az