Argentina prezidenti Messini iqamətgahında qonaq etmək istəyir
13.07.2024

Argentina prezidenti Xavyer Miley Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırıb.

BAKU.WS xəbər verir ki, onun sözlərini “La Nación” sitat gətirir.

“Messi ilə tanış olmaq istərdinizmi? Leo tarixin ən yaxşı oyunçusudur. Mən bunu çoxdan deyirəm. Hətta bunu əvvəllər dediyim bir video var. Üstəlik, Lionel orta hesabla Peleni üstələyir. Buna heç bir şübhə yoxdur. Messini öz iqamətgahımda qəbul etmək mənim üçün şərəf olardı”, - deyə Mayli qeyd edib.

Xatırladaq ki, Bakı vaxtı ilə iyulun 10-na keçən gecə Argentina millisi Kopa Amerikanın yarımfinalında Kanadaya qalib gəlib.

Visiontv.az