İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”.