Vatikanın həyətindəki uşaqlar böyüdülər, Amerikanın yeni həyati Vatikanın həyətində böyüyən uşaqların əlindədir.
Yeni dünya bu uşaqların həyətdəki davranışlarının dövlətləşməsini tələb edir.
"Həyət, küçə, məhəllə, kvartal"dan Dövlətə yeni yol yeni Respublikanın tək çarəsidir, deyir Patrik Deneen.
Patrik Deneen yeni Amerikanın fəlsəfəsini yazan "küçə uşağı"dır. Yunan Odiseyasın günümüzə gətirib yeni Odiseyanı yazan adamdır. Vaşınqtonu sevməz, mühafizə edilən yerdə mühafizə edənlərin dünyasını dağıtmadan yeni dünya qurulmaz, deyir.
Fermer şairi yeni şəhərin qəhrəmanı seçir və lokal(məhəlli) olanın əsasında dayanan camaatlaşmanı Avropanın qurduğu sivilizasiya üçün çıxış nöqtəsi hesab edir.
Ceyms Vens Münhen konfransında Avropaya meydan oxuyan bu tezisləri ortya qoydu. Bu tesizlərin bütünü Patrik Deneene aid idi. Avropa susdu. Politika ilə qurulan Polis iflasa uğradı, təklif etdiyiniz "Respublika" ailə, cəmiyyət, şəxs, şəxsiyyət münasibətlərini tənzimləmə gücündə deyildir, sizin fəlsəfəniz sizin olsun, bizə fəlsəfə deyil, Kütlə Dövlət modeliniz çürümüş, işlənməz bir hala düşübdür.
Çəklin qarşımızdan, biz sizə Tanrı Dövlətinin Yerləşdiyi Dua mərkəzlərindən səslənirik, deyirlər,
Tanrı Dövlətinin yerləşdiyi yerlər isə məhəllələrdə, küçələrdə, həyətlərdədir. Yeni birgə yaşayış modeli "hücrələrdəki hüceyrələrin fəaliyyətinin tənzimlənməsi ilə başlayacaqdır, bəyanı da onlara aiddir.
Patrik Deneen mənim və yaşıdlarımın yaşıdıdır. O Amerikada, biz Sovetlər İttifağında son 40 ildə yaşananlara şahidik. Manifesti və yazıları ilə bizim də bərabər oxuduğlarımız və yaşadığlarımızın nəticəsidir.
Yazdığı esseləri oxuduğca gəldiyim nəticə bu oldu ki,
"Eksodos"u, çıxış nöqtəsini müəyyən etmənin necə bir zaman üzə çıxardığını həyat bizə hər an göstərir və şahid edir.
Çıxışı olmayan cəmiyyət təməli çürümüş bina kimidir, onu saxlamaqdan ötrü yanlarına vurulan əlavlələr onun çürümüş təməlini dəyişə bilməz, tək çarə yanlarına söykənən dirək olaraq saxlar.
"Dirəklərin hansı daha möhkəm olacaq?", dayanmanın ömrünü uzatmadan başqa bir işə yaramayacaqdır.
yeni Amerika yeni dirəklərin söykəndiyi fəlsəfənin sonudur,
Fəlsəfənın bitdiyi yerdə Dinin həyatı başlar, həyata düzəni din verməlidir ki, həyat həyəti qura bilsin.
Dinin idarə olunması məsələsi isə çox çətin bir sualdır.
"İdarə olunan Din"dən yeni Amerika açılacaqmı, yaşayıb, görəcəyik.
Həyətdəki, küçədəki, məhəllədəki, kvartaldakı uşaqların dönəminə xoş gəldik.
İdris Heydərli
visiontv.az