Adımı niyə Nəriman qoyublar?
14.04.2025

Bu gün Nəriman Nərimanovun doğum günüdür.

Bir gün Q. Qasımzadədən soruşdum, adımı niyə Nəriman qoyublar, bu adda nəslimizdə kimsə olmayıb. Dedi, Nərimanova görədir. Səbəbini soruşdum. Dedi, sən dünyaya gəlməmişdin hələ, sovet hakimiyyətinin təbliğatında mənfi mənada millətçiliklə assosiasiya olunan bir sözü gəncliyimizdən elə hey eşidirdik: narimanovşina, yəni nərimanovçuluq. Bu millətçilik damğası bizdə onun şəxsiyyətinə rəğbət yaradırdı, mən də sənə bu adı qoydum...

Sonralar məktəbli olanda bir doğum günümdə mənə bu sətirləri yazıb bağışlayacaqdı:

Taleyimə əhsən dedim

Göz açanda sən dünyaya.

Şəfəq düşdü Yer üzündən

O gün sankı Günə, Aya.

Dayə oldu bu torpaqda

El hikməti, sözü sənə.

Qanad taxıb yol göstərdi

Azərbaycan özü sənə.

Ondan aldın dürüst cavab

Qəlbin sorğu-sualına,

Şahid qaya, yazılı daş

Naxış vurdu kamalına.

Dedim hər il, hər ölkədə

Sayı artsa Nərimanın

Hər guşəsi gözəlləşər

Mən biləni bu dünyanın.

Nəriman Qasımoğlu

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8