“ABŞ silahlanma yarışında məğlub olub”
21.04.2026

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib ki, İranın raket və pilotsuz təyyarə ehtiyatlarının doldurulma sürəti hazırda müharibədən əvvəlkindən daha yüksəkdir.

General qeyd edib ki, ABŞ İslam Respublikası ilə müqayisədə atəşkəs dövründə silah ehtiyatlarını doldura bilməyib və "buna görə də dünyanın digər tərəfindən sursat damcılatmaq məcburiyyətində qalıb".

Musəvinin sözlərinə görə, ABŞ "müharibənin bu mərhələsini də uduzub", eynilə "Hörmüz boğazını, Livanı və bütün bölgəni itirib".

visiontv.az