Strateji tərəfdaşlarına rüsum tətbiq edib, amma Rusiyaya rüsum tətbiq etmədi. Azərbaycana da rüsum tətbiq edib. D. Tramp bununla ABŞ iqtisadiyyatına böyük zərbə vurur. Həmçinin ABŞ etibarlı müttəfiq imicini sual altına qoydu. ABŞ müttəfiqləri ilə ticarət müharibəsi aparır.
Belə getsə ABŞ dörd il ərzində geosiyasi və geoiqtisadi mövqeyi kifayət qədər zəifləyə bilər. Bu ölkənin beynəlxalq güc olması müttəfiqləri ilə sıx əməkdaşlıq və güzəştlər şəkilində olmuşdur. Hazırda ABŞ öz müttəfiqlərini rəqib kimi görür.
Baş verənlər Çinin beynəlxalq iqtisadi maraqlarının güclənməsinə gətirib çıxaracaq.
Məhəmməd Əsədullazadə
visiontv.az