ABŞ İranın Qərbi Azərbaycan əyalətində yerləşən yaşayış olmayan əraziyə zərbə endirib.
Qərbi Azərbaycan əyalətinin Böhranların İdarəolunması Mərkəzinin yaydığı məlumata əsasən, mərmi yaşayış və tikili olmayan sahəyə düşüb.
Bildirilib ki, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Qeyd olunub ki, hadisə yerinə operativ qruplar cəlb edilib və hazırda baş verən hadisənin təfərrüatları araşdırılır.
visiontv.az