"9 milyonluq ölkə 350 milyonluq ölkəyə şərt diktə edir"
14.04.2026

Tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ-ın xarici siyasətindəki İsrail amilini kəskin tənqid edərək, sistemdə islahatların aparılmasının vacibliyini vurğulayıb:

"Mən sistemin islahatını görmək istəyirəm. 1963-cü ildən bəri bütün Amerika prezidentləri, demək olar ki, İsrailin istədiklərini ediblər. İndi bu, bizə həqiqətən zərər verir. Problem təkcə Trampda deyil. Problem 9 milyon əhalisi olan bir ölkənin 350 milyonluq bir ölkəyə təsir göstərməsinə imkan verən nəzarət mexanizmindədir. Bu mexanizm nədir? Cavabı bildiyimə əmin deyiləm. Biz bunu araşdırmalıyıq."

Karlson qeyd edib ki, əvvəlki prezidentlər (Co Bayden, Barak Obama) bəzən Benyamin Netanyahuya "yox" deyə bilsələr də, hazırkı vəziyyətdə bu asılılıq daha qabarıq görünür. O, ABŞ prezidentinin milli maraqları ön plana çəkərək müstəqil qərarlar verməli olduğunu bildirib.

visiontv.az