20 gündə 127 məhbus edam edilib
15.08.2025

Ötən gün İsfahan, Zəncan, Şiraz və Bircənd şəhərlərinin həbsxabalarında 8 məhbus edam edilib.

Bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

İsfahnın Dəsgterd həbsxanasında edam edilənlərdən biri Sudabə Qasımzadə adlı qadındır.

O, həyat yoldaşını öldürdüyünə görə dar ağacından asılıb.

Bununlada son 20 gün ərzində İran həbsxanalarında edam edilənlərin sayı 127-ə çatıb.

Cari ilin əvvəlindən bu günə kimi isə kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 782-ə yüksəlib, onlardan 20-i qadındır.

visiontv.az