2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
23.04.2024

İranın İslami Şura Məclisi Tədqiat Mərkəzinin hesabatına istinadən 2017-19-cu illər ərzində ölkənin kasib təbəqəsinə 8 milyon nəfər əlavə olub.

İranın müxalifət qəzeti “Etimad” mərkəzin həmin hesabatına istinadən bu barədə araşdırma aparıb. 

Nəticədə bəlli olub ki, ölkədə yoxsulluq miqdarı həmin 2 ildə 10 faiz artmaqla 20 faizdən 30 faizə yüksəlib.

Qəzetin hesablamasına əsasən İranda yoxsulluq əmsalı 2011-ci ildən 2017-ci ilədək sabit qaldığı bir halda 2017-19-cu illər ərzində 10 faiz olaraq qəfil artıb. 

2019-cu ildən indiyədək yoxsulluq əmsalı bir o qədər dəyişməyərək 30 faiz miqdarında qalıb.

“Dövlət büdcəsindən hər il yoxsulluqla mübarizə üçün vəsait ayırılır. Ancaq məbləğin miqdarı cəmiyyətdə mövcud yoxsulluq həcmini qarşılamağa yetmir” Etimad qəzeti yazıb.

visiontv.az