Zəngəzur yolu danışıqlar müstəvisində açılacaq...
22.04.2024

Ermənistanın Qazaxın dörd kəndini danışıqlar əsasında Azərbaycana qaytarması iki ölkə arasında müharibə ehtimalını aşağı saldı. Məhz son 30 ildə ilk dəfə ikitərəfli danışıqlar müsbət nəticə verərək, hərbi əməliyyatlarsız ərazi məsələsi həllini tapdı. Əgər, danışıqlar prosesində Rusiya və Avropanın digər ölkəsi iştirak edirdisə, heç bir müsbət nəticə olmayacaqdı. Növbəti mərhələdə anklav olan kəndlər və Gədəbəyin Başkandidir. Ermənistan tərəfi Başkəndi anklavı sayır və Azərbaycanda bundan imtina etmir.

Danışıqlar prosesində Azərbaycanla anklavlarla bağlı mübadilə edə bilər. Əgər, dörd kəndlə bağlı müsbət nəticə varsa, danışıqlar yolu ilə həll edilibsə qarşılıq etimad mühiti yaranıb. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi davam edəcəksə, tərəflər Zəngəzur yolunun açılmasını razılaşdıracaq.

Zəngəzur yolunun açılması Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır.

Azərbaycanın Zəngəzur yolu üçün heç bir hərbi təzyiqlərə əl atması gözlənilmir. Ermənistan rəhbərliyi Zəngəzur yolunun açılmasına bir şərtlə gedir ki, təhlükəsizliyi və gömrük sistemini özü nəzarət etsin. Azərbaycanda bununla o halda razılaşa bilər ki, Zəngəzur yolundan Naxçıvana daşınan yüklər və Azərbaycan vətəndaşları üçün imtiyazlı güzəştlər tətbiq edilməlidir. Ermənistan tərəfi yolun açılmasına gedəcəksə, İran tərəfi bununla razılaşacaq.

Məhəmməd Əsədullazadə

visiontv.az